Rusiya qoşunları Kursk bölgəsində olduğu müddətdə Ukrayna ilə heç bir danışıqlar aparmayacaq.
Editor.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib. “Təbii ki, biz onları regionumuzdan qovmayana qədər onlarla heç bir danışıqlar aparmayacağıq”, – Şoyqu bildirib.
Ötən gün isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Kiyevlə danışıqlara başlamazdan əvvəl dəqiq nəyin müzakirə olunacağını başa düşməlidir. Onun fikrincə, Ukrayna münaqişəsini ərazi mübadiləsi çərçivəsində müzakirə etmək ciddi məsələ deyil. O, həmçinin qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli cəhdlərinin heç birində rusdilli sakinlərin hüquqlarının təmin edilməsi məsələsi nəzərə alınmayıb.
//Gülnarə Abasova, Editor.az