Şoyqu yoxa çıxıb? – Qızı görün hansı ölkədə görüntüləndibackend

Şoyqu yoxa çıxıb? – Qızı görün hansı ölkədə görüntüləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu qəfildən Başqırdıstanda görüntülənib.

31 yaşlı Kseniya Şoyqu Rusiya Triatlon Federasiyasının prezidentidir və “Qəhrəmanların yarışı” idman layihəsinə rəhbərlik edir.

Son günlərin ən aktual mövzularından biri də Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun qəfil yoxa çıxması olub. Siyasətçi martın 11-dən ictimaiyyət qarşısına çıxmayıb, baxmayaraq ki, onun rəhbərlik etdiyi rus ordusu Ukraynaya qarşı müharibəni davam etdirir.

31 yaşlı qızı Rusiya Triatlon Federasiyasının prezidenti olduğu üçün idmanla sıx bağlıdır. Kiçik Şoyqu iki dəfə yarışlarda iştirak edib, onlardan biri Rusiya Federasiyasının tam təcrid olunmasından əvvəl (2019-cu ildə) Yeni Zelandiyada baş tutub.

Dünən Kseniya Başqırdıstana gəlib və burada yerli respublikanın rəhbəri ilə “Qəhrəmanların yarışı” layihəsini müzakirə edib. Onun atasının hərbi mövzusu ilə heç bir əlaqəsi yoxdur.

Bu, maneələri olan ekstremal yarışdır. Onlar düzənliklərdə və dağlarda tramplin, tarzanok və hətta hərbi əməliyyatların təqlidi ilə keçirilir.

Kseniya Ufa yaxınlığında “Qəhrəmanların yarışı” üçün parkın tikintisini müzakirə edib. Eyni zamanda, müdafiə nazirinin özü də qızının təşəbbüsünə qoşulmaq qərarına gəlib.

Teleqraf.com