Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamyş ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilən NATO-dan çıxma ehtimalına dair açıqlamalara münasibət bildirib.
Onun sözlərinə görə, “NATO ABŞ olmadan mövcud deyil, eləcə də güclü ABŞ müttəfiqləri olmadan güclü ola bilməz”, – məlumat verir The Guardian.
Kosinyak-Kamyş transatlantik həmrəyliyin vacibliyini vurğulayıb və belə bəyanatlara baxmayaraq alyansın qüdrətinə etimadlı qalmağı tövsiyə edib.
//Samir Qurbanov, Editor.az

