Space TV-nin aparıcısı gəncləri “zombilər“ adlandırdıbackend

Space TV-nin aparıcısı gəncləri “zombilər“ adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənə elə gəlir son vaxtlar gənclərin aqressiyası çoxdur”.

 

Editor.az Olay-a istinadla xəbər verir ki, bu sözləri Rövşanə Ağasəfqızı aparıcısı olduğu “Qarşı-qarşıya” verilişində deyib.

O, gənclərin manqurtlaşdığını bildirib:

“Müxtəlif yaradılan qurumlar, təşkilatlarda gənclər işləyir. Hərdən deyirəm ki, bu uşaqlar zombidirlər. O qədər içlərində ruhsuzluq var. Bəzi banklarda, qurumlarda işləyənlər – hamısına aid deyil, gördüklərimə aiddir. Sanki insani hisslər ikinic plana keçib. Robot kimi olublar. İnsan və ya kompyuter – fərqi yoxdur. Manqurtlaşıblar, müdirin yanında işgüzar görünməlidirlər”.