Speys TV dəyişir: avadanlıq yenilənir, maaşlar verilir…backend

Speys TV dəyişir: avadanlıq yenilənir, maaşlar verilir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Speys TV-də əmək haqlarının verilməsi artıq vaxtlı-vaxtında təmin edilir.

Bu barədə Axar.az-a Speys TV-də çalışan əməkdaşlar bildiriblər. Onların sözlərinə görə, Müşfiq Hətəmovun kanala baş direktor gəlməsi ilə televiziyanın maddi durumunda ciddi fərq hiss olunur.

“Böyük ümidlə yeni mövsümdə fərqli bir “Speys” görmək imkanınız olacaq. Hazırda isə ən ciddi islahatlar “Speys” radiosunda gedib. Bu gün Speys TV ilə “Promedia qrup” prodakşn arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən “Speys” radiosunun bütün texniki vəsaitləri ən müasir texnikalarla əvəzlənəcək və yeni kollektivlə yeni radio verilişlərin yayımı başlayacaq. Bir sözlə, “Speys” radiosu düşdüyü acınacaqlı durumdan çıxır”, – deyə mənbə bildirib.

Qeyd edək ki, M.Hətəmov Speys TV-yə 20 mayda rəhbər təyin edilib.

Loading...