Spiker Sahibə Qafarova deputatlara irad bildiribbackend

Spiker Sahibə Qafarova deputatlara irad bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların sosial sahədə problemlər barədə danışmasına münasibət bildirib.

APA-nın xəbərinə görə, Sahibə Qafarova deputatları görülən işlərdən də danışmağa çağırıb.

“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu barədə danışmırsınız?” – deyə sədr əlavə edib.