Sponsorlar geri çəkildi, düşərgə “boşaldı” – Premyer Liqada olmayacaqlarbackend

Sponsorlar geri çəkildi, düşərgə “boşaldı” – Premyer Liqada olmayacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu mövsüm I Liqada debüt edəcək «İrəvan»dan narahatlıq doğuran xəbərlər gəlməkdəyik.

Və deyəsən, onlar Premyer Liqaya vəsiqə uğrunda mübarizə apara bilməyəcək.

Bunun üçün əsas var – sponsor olacağı gözlənilən şirkətlər/iş adamları bir-birinin ardınca klubun arxasından çəkilməkdədir. Nəticədə ciddi maliyyə çatışmazlığı əmələ gəlib.

Yaxınlaradək söhbət var idi ki, büdcə 1-1,5 milyon manat təşkil edəcək. Hətta ondan da çox. İndi isə «İrəvan» böyük ölçüdə AFFA-nın ayıracağı yardım paketinə – 300 min manata möhtac qalıb.

Təbii ki, göstərilən rəqəm iddialı komanda qurmağa kifayət etmir. Onun üçün ən azı iki dəfə artıq vəsait lazımdır ki, birinci yer naminə sonadək mübarizə aparasan.

«İrəvan»ın dəstəyini sürətlə itirməsi klubun rəhbərliyində təmsil olunan və ya təmsil olunmaq istəyən şəxslər arasında fikir ayrılığının yaranmasıdır.

Təsisçilik və vəzifə səlahiyyətləri üstündə baş qaldıran gərginlik komandanın zəifləməsinə də səbəb olub.

Bir müddət öncə düşərgəyə gələn yüksək ödənişli futbolçuların əksəriyyəti maddi problemlərin baş qaldıracağını anlayaraq, buranı tərk etməyə başlayıb.

Halbıki bir çox boş sənədə qol çəkərək, «İrəvan»la münasibətlərini rəsmiləşdirmişdilər.

İndi isə həmin oyunçuları AFFA-nın binasının həndəvərində görmək mümkündür. Üzləşdikləri halla bağlı federasiya rəhbərliyini məlumatlandırmaq üçün.

SPORTİNFO.AZ