“Sputnik V” peyvəndi Almaniyada istifadəyə buraxıla bilərbackend

“Sputnik V” peyvəndi Almaniyada istifadəyə buraxıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa tibbi preparatlar agentliyi (EMA) koronavirusa qarşı Rusiya istehsalı peyvəndi ilə bağlı Aİ-yə buraxılma icazəsinə dair müsbət rəy verərsə, vaksinin Almaniyada istifadəsi mümkündür.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniyanın İqtisadiyyat və enerji naziri Peter Altmayer deyib.

Nazir qeyd edib ki, bu siyasi yox, tibbi məsələdir.

Daha əvvəl Bavariyanın Baş naziri Markus Zeder də daxil olmaqla bir sıra alman siyasətçiləri Rusiya istehsalı peyvəndlərinin etibarlılığını tez bir zamanda yoxlamaq və lazım olduqda onlardan istifadə etməyə dair çağırış ediblər.