Şri-Lanka prezidentinin evinə basqın edildibackend

Şri-Lanka prezidentinin evinə basqın edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir iqtisadi böhranın yaşandığı ada ölkəsi Şri- Lankada hökumətin enerji idxalını qarşılaması üçün kifayət qədər xarici valyuta mövcud deyil.

Editor.az “Hürriyet”ə istinadən xəbər verir ki, məhz buna görə ölkədə gündəlik elektrik enerjisinin verilməsi 13 saata qədər endirilib. Bu da əhali arasında ciddi narazılığa səbəb olub. Vətəndaşlar ölkənin yaşadığı iqtisadi böhrana görə ölkə Prezidenti Qotabaya Rajapaksanı günahkarlandırır. Bu səbəbdən Prezidentin iqamətgahı qarşısında aksiya təşkil olunub.

Aksiya əvvəlcə dinc xarakter daşısa da daha sonra etirazçılardan bir neçəsinin polis barikadalarına hücumu nəticəsində aksiya iştirakçıları ilə polis arasında qarşıdurmalar başlayıb. Baş vermiş ixtişaşlar səbəbi ilə ölkədə komendant saatı tətbiq edilib.

//Editor.az