Şri-Lankada etirazlar davam edirbackend

Şri-Lankada etirazlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şri-Lanka tarixinin ən böyük iqtisadi böhranı ilə üz-üzədir və ölkədə ərzaq, yanacaq və dərman qıtlığı yaşanır.

Editor.az xəbər verir ki, Şri-Lankalılar prezident Qotabaya Rajapaksanın ölkədəki iqtisadi böhranı əsas gətirərək istefaya getməsini istəyir. Hökumətin istefası üçün etirazçılar Prezident sarayının qarşısına toplaşıb və onlar saraya giriş-çıxış qapılarını bağlayıb. Təhlükəsizlik qüvvələri və etirazçılar arasında toqquşma baş verib və toqquşma zamanı 21 nəfər həbs olunub. Həbs olunanlarda 4 qadın, biri isə buddist rahibdir.

Qeyd edək ki, Şri-Lankada etirazlar apreldən başlayıb. İndiyədək aksiyalar zamanı 200 nəfər yaralanıb, 8 nəfər isə ölüb.

 //Nəzərbəy, Editor.az