Şri-Lankada keçirilən prezident seçkilərində müxalif partiyanın lideri qalib gəlibbackend

Şri-Lankada keçirilən prezident seçkilərində müxalif partiyanın lideri qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şri-Lankada keçirilən prezident seçkilərində müxalif “Milli Xalq Gücü” alyansının lideri Anura Kumara Dissanayake 42,31% səslə qalib gəlib.

“Adaderana” xəbər verir ki, Anura Kumara Dissanayakenin qələbəsi ölkənin seçki komissiyası tərəfindən təsdiqlənib. Hazırkı prezident Ranil Vikremesinqe digər müxalif siyasətçi Sajith Premadasa uduzaraq üçüncü yeri tutub.

“Qələbəyə gedən yolumuz bu yolda tərini, göz yaşını, hətta canını belə fəda edən insanların fədakarlığı ilə asfaltlanıb. Onların fədakarlıqları unudulmur… Ümid və intizarla dolu milyonlarla göz bizi irəliyə sövq edir və biz birlikdə Şri-Lankanın tarixini yenidən yazmağa hazırıq”, – deyə Dissanayake X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Anura Kumara Dissanayake 2014-cü ildən Şri Lanka Kommunist Partiyasının BVP-yə rəhbərlik edir. Onun seçki kampaniyası ölkədə genişmiqyaslı islahatların, o cümlədən korrupsiyaya qarşı mübarizənin aparılması vədi üzərində qurulub.

//Samir Qurbanov, Editor.az