Şri-Lankada yanacaq satışı dayandırılıbbackend

Şri-Lankada yanacaq satışı dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şri-Lanka tarixin ən böyük iqtisadi böhranı ilə üzləşib. Belə ki, ölkənin yanacaq ehtiyatı tamamilə tükənmək üzrədir. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə ictimai nəqliyyat, dövlət xidmətləri və tibbi nəqliyyat istisna olmaqla, özəl nəqliyyat vasitələrinə benzin satışı 10 iyula qədər dayandırılıb. Ölkədə sadəcə bir günlük benzin ehtiyatı qalıb.

Qeyd edək ki, baş nazir Ranil Vickremesinhe bir ay əvvəl ölkədə zəruri ərzaq məhsullarına olan ehtiyacı ödəmək üçün 5 milyard dollara ehtiyaclarının olduğunu bildirmişdi.

//Nəzərbəy Hacıağayev, Editor.az