SSRİ bərpa edilsin! Rusiyalı deputatdan şok açıqlamabackend

SSRİ bərpa edilsin! Rusiyalı deputatdan şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ-nin mövcudluğu NATO-nu cilovlaya bilərdi.

Editor.az xəbər verir ki, bunu Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet deyib və SSRİ tipində “suveren dövlətlərin assosiasiyası”nın yaradılmasını təklif edib. Siyasətçi əmindir ki, belə bir assosiasiya “Qərbin ekspansiyası və təcavüzü”nə müqavimət göstərə biləcək.

Lakin deputat hansı ölkələrin oraya daxil ola biləcəyini dəqiqləşdirmədiyini söyləyib. “SSRİ dağılandan sonra amerikalılar postsovet məkanında müstəqil dövlətlərin işlərinə qarışmağa başlayıblar”. Nümunə kimi o, Ukraynanı göstərib. Şeremet iddia edir ki, Rusiya “yeni birliyin sərhədlərinin toxunulmazlığını və təhlükəsizliyini təmin etmək üçün hər cür imkan və potensiala malikdir”. O hesab edir ki, yeni blok Sovet İttifaqının hüdudlarından kənara da çıxa bilər. “Qərbin ekspansiyasına və təcavüzünə təsirli müqavimət göstərə bilən suveren dövlətlərin vahid hərbi-siyasi və iqtisadi blokda könüllü birliyinə qayıtmağı məqsədəuyğun hesab edirəm. Böyük və qüdrətli SSRİ yeni konfederasiyanın prototipi ola bilər”, – deyə Mixail Şeremet bildirib. Xatırladaq ki, mart ayında krımlı deputat Krım, Ukraynanın Xerson və Zaporojye vilayətlərinin ərazilərindən Tavrida vilayətinin yaradılmasını təklif etmişdi.

  Editor.az