SSRİ hökumətinin keçmiş rəhbəri Nikolay Rıjkov vəfat edib.
Editor.az bildirir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko öz Telegram kanalında məlumat verib.
“İnsan -zaman. Bənzərsiz taleyi olan insan və bənzərsiz miqyaslı dövlət xadimi. Və böyük ruhlu insan,” – Matvienko yazıb. Nikolay Rıjkov bütün bu keyfiyyətləri etdiyi hər şeydə göstərirdi. Dövlət xadimi öz işi ilə şərəf və hörmət qazanmışdı. Valentina Matvienko Nikolay Rıjkovun ölümünə nəyin səbəb olduğunu açıqlamayıb.
Xatırladaq ki, Nikolay Rıjkov 1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinə rəhbərlik edib. 1991-ci ildə Rıjkov RSFSR prezident seçkilərində iştirak edib və ikinci yeri tutub.
//Samir Qubanov, Editor.az

