“Rusiya SSRİ-ni bərpa etmək planlarını gizlətmir. Bu planların da real icrası ilə bağlı addımlar atır. Keçmis SSRİ respublikalarına olan münasibət bunun əyani sübutudur. Hesab edirəm ki, beynəlxalq aləmdə yeni bir SSRİ-nin doğuşuna ciddi reaksiyalar olacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Maraqlıdır, bu reaksiyalar yetərli ola bilərmi?
Ekspert bildirib ki ,Rusiyanın potensialı güclü və silahlanma arealı böyükdür:
“Rusiya dünyanın iki ən güclü silaha malik iki dövlətindən biridir. Belə bir şəraitdə Rusiyanın ətraf ölkələri SSRİ miqyasında nəzərdən keçirməsi, bərpası ilə bağlı düşüncələri dilə gətirməsi çox böyük resurslar, güc və geniş dövlət planlaması tələb edir. Putinin indiki hakimiyyətinin gücü görünüşündə yoxsa daxildəmirmi? Beynəlxalq aləmdə yaşanan konfiqurasiya dəyişiklikləri Rusiyanın indiki vəziyyətdə planlarını həyata keçirmək üçün optimal şərait formalaşdırıbmı? Hesab edirəm ki, Rusiyanın imperial xəritəsində indikatorlara baxsaq Lenin, Stalin, bütövlükdə daha az potensialnan daha çətin situasiyalarda böyük imperiyalar qura biliblər. İndiki Rusiyanın potensialı çar Rusiyasından da çoxdur. Rusiyanın iddialarının qarşısında heç bir xarici güc, o cümlədən ABŞ və onun müttəfiqləri də əsaslı dirəniş göstərə bilmirlər. Bu baxımdan Rusiyanın SSRİ-ni yenidən qurması üçün onun qarşısını yalnız ABŞ-ın birbaşa hədələri kəsə bilər. Bu, istisna deyil. Rusiyanın münaqişələri daxilindən kənar respublikalara daşıması və sülhməramlı qismində həmin ərazilərə daxil olması onun SSRİ-ni bərpa etmək cəhdlərindən biridir. Bu, isə beynəlxalq aləmdəki şəraitdən yox, Rusiyanın daxili qərarlarından asılı olacaq”.
//Gülnarə Abasova, Editor.az

