SSRİ zamanında çap olunmuş “ölü kağızları” Rusiyada hələ də qüvvədədir-Fotobackend

SSRİ zamanında çap olunmuş “ölü kağızları” Rusiyada hələ də qüvvədədir-Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada həlak olan rus əsgərlərinin yaxınları hələ də SSRİ-dən qalma bildirişlər (ölü kağızları) alırlar, hansı ki, 1974-cü ildə çap olunub.

Editor.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Marina Litvinoviç Facebook-da məlumat verib Onun sözlərinə görə, SSRİ tipli bu cür sənədlər hətta vətəndaşlara “pensiya və müavinət almaq hüququ verir”. “Hazırda ölən əsgərlərin valideynlərinə gələn ölüm bildirişləri 1974-cü ildə Qoznakda çap olunub və eyni zamanda SSRİ qanunvericiliyi ilə müəyyən edilmiş pensiya və müavinətlər üçün müraciət etmək hüququ verən” sənəd statusundadır. Yəni, rus ordu hələ də SSRİ-nin dövründə yaşayır. Yalnız burada bir sualı dəqiqləşdirmək qalır – hələ də, yoxsa artıq? – Litvinoviç deyib. Onu da qeyd edək ki, USQ Baş Qərargahının məlumatına görə, avqustun 11-nə qədər Ukraynada təxminən 43 min rus işğalçısı öldürülüb.

  Editor.az