Stalinin göstərişi ilə yaradılan 1938-ci il istehsalı ZIS-101 limuzini rekord məbləğə satışa çıxarılıbbackend

Stalinin göstərişi ilə yaradılan 1938-ci il istehsalı ZIS-101 limuzini rekord məbləğə satışa çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirskdə Sovet lideri İosif Stalinin göstərişi ilə yaradılmış 1938-ci il istehsalı olan ZIS-101 limuzini 95 milyon rubla satışa çıxarılıb.

Editor.az bildirir ki, bu barədə “Sib.fm” xəbər yayıb. “Satılan nüsxə 2024-cü ildə tam restavrasiyadan keçib və hazırda muzeydə saxlanılır. Onun yürüşü cəmi 100 kilometrdir”, – məqalədə deyilir.

ZIS-101-in SSRİ-də Stalinin göstərişi ilə 1936-1941-ci illərdə istehsal olunub və onun hazırlanmasına 1934-cü ildə başlanıldığı bildirilir. Bu model 110 at gücünə malik 5,8 litrlik mühərrikə malikdir. Mənbənin məlumatına görə, avtomobil qəzaya uğramayıb və Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyində qeydiyyatda deyil; maşının cəmi iki sahibi var. Bundan əvvəl onların Nijni Novqorodda İosif Stalinə abidə ucaltmaq istədikləri məlum olub.

//Samir Qurbanov, Editor.az