Rusiyalı məşqçi Stanislav Çerçesov Qazaxıstan milli komandasına baş məşqçi təyin olunması ilə bağlı Qazaxıstan Futbol Federasiyası ilə razılığa gəldiyi barədə məlumatı təkzib edib.
O, Qazaxıstan tərəfi ilə heç bir danışıqlar aparmadığını vurğulayıb “Qazaxıstan millisi? Heç nə bilmirəm, heç kimlə əlaqə saxlamamışam” – Stanislav Çerçesov deyib. O, Qazaxıstanın paytaxtına səfər etməsi və Qazaxıstan futbol komandasının baş məşqçisi kimi işləmək imkanını müzakirə etməsi ilə bağlı mətbuatda yayılan iddialara belə cavab verib. Xatırladaq ki, milli komandanın baş məşqçisi Maqomed Adiyev cümə günü istefa verdiyi üçün bu yer boşdur.
Hazırda Stanislav Çerçesov azaddır və o, ötən ilin iyulunda “Ferensvaros” (Macarıstan) futbol klubunun baş məşqçisi postundan istefa verib.
Xatırladaq ki, S.Çerçesovun adı Azərbaycan millii ilə də hallanır.
//Samir Qurbanov, Editor.az