“Ştanmayerin səfəri olduqca əhəmiyyətlidir və ikitərəfli münasibətlərə yeni təkan verəcək”- Millət vəkilibackend

“Ştanmayerin səfəri olduqca əhəmiyyətlidir və ikitərəfli münasibətlərə yeni təkan verəcək”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniya prezidenti Frank-Valter Ştanmayerin “Qarabağın Azərbaycan ərazisi olması” barədə rəsmi Berlinin mövqeyini bildirməsi müsbət haldır”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Almaniya Fransa və bəzi Avropa ölkələrindən fərqli olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib Cənubi Qafqaz siyasətində tarazlığa üstünlük verib:

“Düzdür, müəyyən dövrlərdə bəzi istisnalar olub və ölkəmizə qarşı ikili standartlar tətbiq olunub. Məhz Almaniya kimi bir çox ölkələrin tarazlı, balanslaşdırılmış siyasəti, ermənilərin torpaqlarımızı 30 il işğalda saxlamağına şərait yaradıb. Balanslaşdırmaq yox, konkret işğalçını adı ilə çağırmaq lazım idi”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan Almaniyaya çox lazımdır: “Güclü iqtisadiyyata malik olan Almaniya kimi dövlətlə əməkdaşlıq, ölkəmizin inkişafına da böyük töhfələr verə bilər. Ştanmayerin səfəri olduqca əhəmiyyətlidir və ikitərəfli münasibətlərə yeni təkan verəcək”.

//Gülnarə Abasova, Editor.az