Rusiyanın Ukraynanı işğal etməsindən sonra “Starbucks” şirkəti martın 8-dən Rusiya bazarındakı fəaliyyətini dayandırmışdı.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət artıq tamamilə Rusiya bazarından çıxmaq qərarına gəlib. Şirkətin bu ölkədə 130 filialı və 2000 işçisi var. Şirkət Rusiya bazarından çıxsa da bu işçilərə 6 ay maaş ödəməyi planlaşdırır.
Xatırladaq ki, “Starbucks” Rusiyada ilk filialını 2007-ci ildə açmışdı. Şirkət ümumi qazancının 1 faizini məhz Rusiya bazarından qazanırdı.
Qeyd edək ki, artıq “McDonald’s,” “Exxon Mobil” və “Netflix” kimi şirkətlər də Rusiya bazarını tərk edib.
//Nəzərbəy Hacıağayev, Editor.az

