Starmer: “Kiyevə dəstəyi dayandırmaq yanlış qərardır”backend

Starmer: “Kiyevə dəstəyi dayandırmaq yanlış qərardır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna probleminin həlli prosesinin başlanması ehtimalı qarşısında Kiyevə verilən dəstəyi azaltmağın “böyük səhv” olacağını bildirib.

Editor.az xəbər verir ki, baş nazir bunu Parisdə Avropa liderlərinin qatıldığı görüşdən sonra Sky News telekanalı tərəfindən təşkil edilən mətbuat konfransında deyib.

“Sırf danışıqlar başladığı üçün Ukraynaya verilən dəstəyin geri çəkiləcəyini düşünmək böyük səhv olar. Hesab edirəm ki, əksinə dəstəyimizi artırmalıyıq və mən bunu aylardır deyirəm”,- o bildirib.

Starmer həmçinin “güc vasitəsilə sülhə nail olmaq” prinsipinə əməl edilməli olduğunu bir daha vurğulayıb.

//Gülnarə Abasova, Editor.az