Stavropol diyarında başlanan yanğın 50 hektara qədər sahəni əhatə edibbackend

Stavropol diyarında başlanan yanğın 50 hektara qədər sahəni əhatə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stavropol diyarında yaşayış məntəqələrindən birinin yaxınlığında baş verən təbii yanğının sahəsi iki dəfə artıb.

Editor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat yayıb. İdarədən bildirilib ki, yanğın zonası ilə əlaqədar 20-yə yaxın insan təxliyə edilib.

“Hazırda 50 hektar sahədə yanğın davam edir. Alovun “Sadovıy” fermasında yaşayış binalarına keçmək təhlükəsi var. 19 nəfər təxliyə olunub”, – Stavropol diyarının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildiriblər.

Son məlumatlara görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğının söndürülməsinə 87 nəfər və 38 texnika cəlb olunub.

//Samir Qurbanov, Editor.az