Stefanishina: Macarıstan Ukraynanın Aİ-yə üzvlüyə dair danışıqlarının başlanmasına mane ola bilməzbackend

Stefanishina: Macarıstan Ukraynanın Aİ-yə üzvlüyə dair danışıqlarının başlanmasına mane ola bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə vitse-premyeri Olha Stefanishina bəyan edib ki, Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasını əngəlləyə bilməz.

Onun sözlərinə görə, Avropa İttifaqının əsas sənədlərində elə bir maddə yoxdur ki, hər hansı üzv dövlətə danışıqların başlanmasına veto qoymaq hüququ versin. Stefanishina bu barədə “Fakty ICTV”yə verdiyi müsahibəsində danışıb.

“Prezident Zelenski, Danimarka baş naziri və Aİ-nin iki əsas institutunun rəhbərləri ilə görüş keçirilib. Bu görüşdən sonra tam aydındır ki, danışıqların başlanması üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunmur”, – deyə o bildirib.

//Samir Qurbanov, Editor.az