Stiv Mandanda “Marsel”lə yollarını ayırdıbackend

Stiv Mandanda “Marsel”lə yollarını ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Marsel” klubunda gözlənilməz ayrılıq yaşanıb. Editor.az “Sporx” saytına istinadən xəbər verir ki, İqor Tudorun rəhbərlik etdiyi klub uzun müddətdir çərçivəni qoruyan Stiv Mandanda ilə yolları ayırıb. Klubdan verilən açıqlamaya görə ayrılıq qarşılıqlı razılaşma əsasında baş tutub.”Marsel” klubu xidmətlərinə görə əlçək ustasına təşəkkür edib. 2007-ci ildən bir mövsüm xaric olmaqla indiyədək klubun qapsını məhs Stiv Mandanda qoruyub. O ümumilikdə klubun heyətində 613 matça çıxıb.

Ancaq 37 yaşlı qolkiperin yeni komanda tapması uzun çəkməyib. “Marsel”dən ayrılan Mandanda dərhal Fransanın digər klubu “Rennes” ilə iki illik müqaviləyə imza atıb.

//Nəzərbəy Hacıağayev, Editor.az