Stiv Vitkovun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ləğv edilib: Zelenski vətənə qayıdırbackend

Stiv Vitkovun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ləğv edilib: Zelenski vətənə qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidentinin elçisi Stiv Vitkov və Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner Avropada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyəcək. Mənbələrə görə, Brüsseldəki görüş ləğv edilib”, “Zelenski vətənə qayıdır.”

Editor.az xəbər verir ki, “Axios” müxbiri Barak Ravid dünən Vitkov, Kuşner və Zelenski arasında görüşün mümkün olduğunu bildirib. O, iddia edib ki, amerikalı danışıqçılar “Avropa ölkəsinə” gedəcək və orada Ukrayna prezidenti ilə görüşəcəklər.

AFP xəbər verir ki, görüş Belçikada baş tuta bilər. Bu arada, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ nümayəndə heyəti dekabrın 2-də Moskvada danışıqlardan sonra nəticələri Donald Trampa bildirmək üçün birbaşa Vaşinqtona getməli idi.

//Samir Qurbanov, Editor.az