Stiven Cerrad: “Messi hər zaman ən yaxşıdır”backend

Stiven Cerrad: “Messi hər zaman ən yaxşıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin  “Aston Villa” klubunun baş məşqçisi Stiven Cerrad “Mançester Yunayeted”in keçmiş futbolçusu Harri Nevilın suallarını cavablandırıb.

Editor.az “sporx”a istinadən Nevilın Cerraddan aldığı müsahibəni təqdim edir:

-Fernando Torres yoxsa Luis Surarez daha yaxşıdır ?

-Luis Suarez.

-Oynadığınızda ən çox həzz aldığınız stadion hansı olub ?

– “Tottenham”ın keçmiş stadionu “Vayt Hart Leyn”.

-Uşaqlıqda kumirin kim olub ?

-Con Barnes.

-Hazırda oynuyan futbolçulardan kiminlə oynamaq istərdin?

-Məhəmməd Salah, Kevin de Burun, Bruno Fernandeş, Virgil Van Djiklə.

-Tarixdə ən yaxşı futbolçu kimdir ?

-Mübahisəsiz Messi.

-İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu kim olub ?

-Tiyeri Anri.

//Editor.az