Stoltenberq: “ABŞ-ın Ukraynaya yardımı gecikdirməsinin real nəticələri olacaq”backend

Stoltenberq: “ABŞ-ın Ukraynaya yardımı gecikdirməsinin real nəticələri olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardım göstərməyi hələ də gecikdirməyib, lakin prosesi ləngitməsinin real nəticələri var.

Editor.az xəbər verir ki, bu barədə baş katib Stoltenberq MSNBC televiziyasına verdiyi açıqlamada bildirib. “Hələ gec deyil, lakin yavaşlamanın real nəticələri var”, – deyən Stoltenberq, ABŞ-ın göndərişləri olmadan Ukrayna ordusunun atəş gücü baxımından 5-10 dəfə zəif olduğunu, həmçinin hava hücumundan müdafiə sistemlərinin çatışmazlığına diqqət çəkib.

Stoltenberq bildirib ki, NATO-nun Ukraynaya döyüş qoşunları göndərmək planı yoxdur, lakin alyansın bəzi üzvləri ora hərbi müşavirlər göndəriblər.

//Gülnarə Abasova, Editor.az