Stoltenberq: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi vacibdirbackend

Stoltenberq: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi vacibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi zəruridir”.

Editor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq İsrailə düşmən olan ölkələrin və ya təşkilatların hazırda müşahidə olunan vəziyyətdən sui-istifadə etməyə çalışmamasının çox vacib olduğuna diqqət çəkib. O, mövcud qarşıdurmada çəkindirici təsiri olan ABŞ-ın hərbi varlığının daha da artdığını bildirib. Stoltenberq həmçinin bildirib ki, o, İsrailə yardımın NATO müttəfiqlərini Ukraynanı dəstəkləməkdən çəkindirəcəyinə inanmır.

“NATO müttəfiqlərinin eyni vaxtda bir çox təhdidlərə cavab vermək üçün kifayət qədər vasitələri var; onlar birini seçmək məcburiyyətində deyillər. Bu, Ukrayna və İsraili dəstəkləməyə də aiddir”, – o deyib.

//Gülnarə Abasova, Editor.az