Stoltenberq Ermənistana getdibackend

Stoltenberq Ermənistana getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Baş katibi Yens Stoltenberq Ermənistana səfər edib.

Editor.az  APA-ya istinadən bildirir ki, Baş katib Stoltenberqi Yerevanın “Zvartnots” hava limanında Ermənistan müdafiə nazirinin müavini və xarici işlər nazirinin müavini qarşılayıblar.

NATO Baş katibi səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçatryanla görüşəcək.

Xatırladaq ki, Stoltenberq regiona üç günlük səfəri çərçivəsində Bakı və Tbilisidə görüşlər keçirib.