Stoltenberq: Finlandiya sərhədlərin bağlanması ilə bağlı düzgün qərarlar vermək iqtidarındadırbackend

Stoltenberq: Finlandiya sərhədlərin bağlanması ilə bağlı düzgün qərarlar vermək iqtidarındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Rusiya sərhədindəki sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı “düzgün qərarlar” qəbul etmək iqtidarındadır.

Editor.az xəbər verir ki, bunu Finlandiyanın Rusiya sərhədindəki bütün sərhəd-keçid məntəqələrini bağlamaq qərarını dəyərləndirən NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, Finlandiyanın mövcud problemlə məşğul olmaq və “düzgün qərarlar” qəbul etmək vəziyyətində olduğunu bildirib.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bu gün verdiyi açıqlamada Rusiya sərhədində fəaliyyət göstərən son sərhəd qapısı olan Raia-Jooseppi-Lottanın noyabrın 30-da gecə yarısından etibarən bağlanacağını, beləliklə də bütün sərhəd-keçid məntəqələrinin bağlanılacağını bildirib.

//Gülnarə Abasova, Editor.az