Stoltenberq: İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün təsdiq prosesi başlayıbbackend

Stoltenberq: İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün təsdiq prosesi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın Alyansa daxil olması üçün təsdiq prosesi başlayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiya xarici işlər nazirləri ilə birgə keçirilən mətbuat konfransı zamanı deyib.

“Bu, Finlandiya, İsveç və NATO üçün isə yaxşı gündür. 32 ölkə masa ətrafında olsa, biz daha da güclü olacağıq və xalqımız onilliklərin ən böyük təhlükəsizlik böhranı ilə üzləşdiyinə görə daha da təhlükəsiz olacaq”,- deyə NATO baş katibi bildirib.

Qeyd edək ki, NATO-nun Madrid Sammitində qəbul edilən qərara uyğun olaraq, bu gün NATO-ya üzv 30 ölkənin nümayəndələri rəsmi prosedurları başa çatdırmaq üçün İsveç və Finlandiyanın üzvlük protokollarını imzalayacaqlar.

//Gülnarə Abasova, Editor.az