Stoltenberq Vaşinqtonda Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcəkbackend

Stoltenberq Vaşinqtonda Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

Onun sözlərinə görə, Vaşinqtonda keçiriləcək danışıqlarda baş katib Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsini müzakirə edəcək.

“Dövlət katibi (Entoni Blinken – red.) Finlandiyalı həmkarı (Pekka Haavisto – red) ilə keçən həftəki görüşləri ​​də daxil olmaqla, bu barədə bir sıra danışıqlar aparıb. Bildiyiniz kimi, NATO-nun baş katibi Yens Stoltenberq sabah burada olacaq, gözlənildiyi kimi, bu da onunla təmasların mövzusu olacaq”, – deyə N.Prays bildirib.