Stoltenberqdən Çinə reaksiya: “İkinci Dünya Müharibəsindən bəri ən böyük münaqişə Avropada qızışır”backend

Stoltenberqdən Çinə reaksiya: “İkinci Dünya Müharibəsindən bəri ən böyük münaqişə Avropada qızışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya hər cür hərbi və maliyyə dəstəyi verərək münaqişənin Avropaya yayılma riskini getdikcə artıran NATO bölgədəki ən böyük qarşıdurmanı qızışdırdığını əsas gətirərək Çinə xəbərdarlıq mesajı verib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Çini İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırmaqda ittiham edib.

Stoltenberq iddia edib ki, Avropada baş verən böyük münaqişə Pekin tərəfindən qızışdırılıb. Stoltenberq Pekinin Rusiyaya İHA və raket istehsalında gizli dəstək verdiyini və hərbi sahədə istifadə olunan texnologiyaları təmin etdiyini iddia edərək Çinin bu fəaliyyətlərinin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük qarşıdurmanı qızışdırdığını qeyd edib. Bununla belə, Stoltenberq Çini düşmən ölkə kimi görmədiklərini qeyd edərək Pekinin Alyansın dəyərlərinə, maraqlarına və təhlükəsizliyinə meydan oxuduğunu bəyan edib.

//Gülnarə Abasova, Editor.az