Stomatoloqlar 80% hallarda lazımsız antibiotiklər təyin edir – ALİMLƏRbackend

Stomatoloqlar 80% hallarda lazımsız antibiotiklər təyin edir – ALİMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stomatoloqlar diş müalicə edib və ya çəkdikdən sonra antibiotik təyin edir. Çox zaman bunu xəstəni və sonrakı infeksiya, iltihabı önləmək üçün təyin edirlər. Alimlər bildirir ki, 80% hallarda bu təyinat boşunadır.

Editor.az medicina.az-a istinadən bildirir ki, Çikaqo universitetinin mütəxəssisləri tədqiqatları nəticəsində 168 min nəfər stomatoloq pasiyentinin məlumatlarını və reseptlərini araşdırıb.

Məlum olub ki, 81% hallarda antibotiklərin təyinatı üzrə milli və beynəlxalq tövsiyyələrə uyğun olmayıb, reseptlərin çoxu ürək xəstəliyi riski olan pasiyent qrupuna yazılmayıb.

Təkcə ABŞ-da ümumilikdə təyin olunan antibiotiklərin 10%-ni stomatoloqlar təyin edir. Bu da tibbdə çox yüksək göstəricidir. Xüsusən diş implantı zamanı daha çox antibiotik təyin olunur.

Həddən artıq və əsassız antibiotik təyinatı bakteriyaların dərmana rezisdentliyini artırır.

ABŞ-da stomatoloqların sevimli antibiotiki klindamisindir.