Su-qəsd, yoxsa qəza? Naməlum avtomobil Co Baydenin kortejindəki avtomobilə çırpıldıbackend

Su-qəsd, yoxsa qəza? Naməlum avtomobil Co Baydenin kortejindəki avtomobilə çırpıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum avtomobil ABŞ prezidenti Co Baydenin kortejinin park edilmiş avtomobili ilə toqquşub. Dövlət başçısı və birinci xanım xəsarət almayıb.

Editor.az “Associated Press”ə istinaən xəbər verir ki, insident prezident Delaver ştatının Uilminqton şəhərindəki seçki qərargahından gözləyən zirehli avtomobilinə gedərkən baş verib.

Bu zaman “Sedan” qərargahın yaxınlığındakı kəsişmələri bağlamaq üçün istifadə edilən ABŞ Məxfi Xidmətinin maşınına çırpılıb.

Daha sonra avtomobil qapalı yolayrıcına girməyə cəhd edib, lakin təhlükəsizlik işçiləri avtomobili mühasirəyə alıb və sürücüyə əllərini yuxarı qaldırmağı əmr ediblər. Bayden arvadının artıq oturduğu avtomobilə mindirilib və sürətlə evə aparılıb. AP-nin qeyd etdiyi kimi, bu, prezidentin iş qrafikinə təsir etməyib.

//Samir Qurbanov, Editor.az