Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Sudan hərbi təyyarəsinin Əmirliyin Xartumdakı diplomatik missiyasının rəhbərinin iqamətgahını vurduğunu bildirib. Departament hadisəni yaşayış binasına “əhəmiyyətli ziyan vurmaqla” nəticələnən “iyrənc hücum” adlandırıb.
Xarici İşlər Nazirliyinin bəyanatına görə, ölkə hakimiyyəti hücumla bağlı Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və BMT-yə müraciət etməyi planlaşdırır.
2023-cü il aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında Çevik Reaksiya Qüvvələri (RSF) ilə ölkənin nizami ordusu arasında döyüşlər gedir. Amerika mediası, o cümlədən “New York Times” və” Wall Street Jornal”, BƏƏ-nin RSF-yə gizli şəkildə silah ötürdüyünü dəfələrlə yazıb. NYT-nin məlumatına görə, BƏƏ səlahiyyətliləri humanitar yardımın göstərildiyi bazada pilotsuz təyyarələr və silahların ötürülməsi üçün məntəqə yaradıb.
//Samir Qurbanov, Editor.az