Sudan sıçrayan balina qayığa çırpılıb: 2 yaralıbackend

Sudan sıçrayan balina qayığa çırpılıb: 2 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Sinaloa əyalətində yerləşən Topolobampo körfəzində balina sudan tullanaraq turist gəmisinə çırpılıb.

Editor.az xarici KİV- ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Zədələnmiş qayıq digər turistlərin köməyi ilə yedəyə alınaraq limana aparılıb. Ətrafdakı insanlar tərəfindən anbaan lentə alınan kadrlarda qayığın tamamilə suya batdığı görülür.

Topolobampo körfəzinə gələn balinalar görə vətəndaşlara daha diqqətli olmaları barədə xəbərdarlıqlar edilib.

//Gülnarə Abasova, Editor.az