Sudanda BMT-nin üç əməkdaşı həlak olubbackend

Sudanda BMT-nin üç əməkdaşı həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı həlak olub.

Bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və BMT-nin Sudanda keçid dövrünə dəstək missiyasının rəhbəri Volker Pertes xəbər verib.

Pertesin sözlərinə görə, missiya üzvləri ordu hissələri ilə Sudanın çevik reaksiya qüvvələri arasında toqquşma zamanı ölüblər.

O qeyd edib ki, aprelin 15-də Sudanın Kabkabiya şəhərində şiddətli silahlı toqquşmalar baş verib. BMT-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar.

Mənbə: gazeta.ru