Sudanda vəba epidemiyasından ölənlərin sayı 852-yə yüksəlibbackend

Sudanda vəba epidemiyasından ölənlərin sayı 852-yə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş iğtişaşlarının yaşandığı Sudanda avqust ayında daşqınla başlayan vəba epidemiyasından ölənlərin sayı günü-gündən artır.

Editor.az xəbər verir ki, avqustun 12-də vətəndaş qarşıdurması və infrastrukturun olmaması səbəbindən miqrasiya nəticəsində baş verən daşqından sonra hakimiyyət orqanları vəba epidemiyası elan edib. Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəba xəstəliyinə yoluxanların ümumi sayının 29 min 147 olduğu, vəbadan ölənlərin sayının isə 852-yə yüksəldiyi açıqlanıb.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya riski altında olduğunu bildirib. Cənubi Sudanın səhiyyə rəsmiləri Sudanın şimal sərhədində yerləşən və ölkədə davam edən silahlı qarşıdurmadan qaçan qaçqın və geri qayıdanların əsas giriş nöqtəsi olan Renk rayonunun vəba xəstəliyinin mərkəzi olduğunu bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatı oktyabrın 25-də Renk-ə 12 metrik tonluq təcili tibbi yardım dəstləri çatdırıb. Bu dəstlər təxminən 74 min insanı müalicə etmək qabiliyyətinə malikdir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb. Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

//Gülnarə Abasova, Editor.az