Sudandakı qarşıdurmada ölənlərin sayı 551-ə çatıbbackend

Sudandakı qarşıdurmada ölənlərin sayı 551-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurmada həyatını itirənlərin sayının 551-ə yüksəldiyini açıqlayıb.

Editor.az xarici mediya istinadən bildirir ki, BMT-nin Cenevrə qərargahının nümayəndəsi Alessandra Velluççinin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.

İclasda 15 apreldən bəri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən qarşıdurmalarla bağlı son vəziyyət müzakirə edilib.

Qarşıdurma zamanı səhiyyə müəssisələrinə qarşı ümumilikdə 28 hücum olduğu bildirilib və bu hücumlarda 8 nəfərin öldüyü, 18 nəfərin yaralandığı bildirilib.

//Safura Bənnayeva, Editor.az