Sudandan 26 Azərbaycan vətəndaşının təxliyəsi başa çatıbbackend

Sudandan 26 Azərbaycan vətəndaşının təxliyəsi başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudandan 26 Azərbaycan vətəndaşının təxliyəsi başa çatıb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

“Sudan Respublikasından 26 nəfər Azərbaycan Respublikası vətəndaşının qardaş Türkiyə Respublikasının dəstəyi ilə ölkəmizə təxliyə olunub”, deyə o qeyd edib.

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölənlərin sayı 528-ə çatıb, 4600-ə yaxın yaralı var.