Süleyman Kərimov Türkiyəyə 100 milyon ianə etdibackend

Süleyman Kərimov Türkiyəyə 100 milyon ianə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiya Şurasının Dağıstandan olan üzvü, iş adamı Süleyman Kərimov Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım üçün hər ölkəyə 100 milyon rubl olmaqla 200 milyon rubl köçürüb.

Editor.az bildirir ki, bu barədə “İslamNews” Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir. Bu yardıma Rusiya müsəlmanlarının ruhani lideri, müfti Şeyx Ravil Qaynutdin xeyir-dua verib.

Daha əvvəl məlumat verilmişdi ki, Çeçenistan fevralın 6-da baş vermiş zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya humanitar yardım edib. Qeyd edək ki, Türkiyədə zəlzələlər nəticəsində 40 642 nəfər ölüb.

//Samir Qurbanov, Editor.az