Sülh danışıqları nə yerdədir?- “Bu, Ermənistan üçün bəhanə ola bilməz”backend

Sülh danışıqları nə yerdədir?– “Bu, Ermənistan üçün bəhanə ola bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülhlə bağlı danışıqlarda irəliləyişin əldə edilməməsinin günahkarı Ermənistandır. Çünki Ermənistan və onun havadarları birmənalı şəkildə Cənubi Qafqaz regionunda gərginliyin qalmasında maraqlı tərəf qismində çıxış edirlər və onların provokasyonları nəticəsində Azərbaycanla Ermənistan arasında hansısa bir anlaşma və ya müsbət irəliləyiş müşahidə edilmir”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Fransanın Ermənistanı aktiv şəkildə silahlandırması fonunda və həmçinin Ermənistanın bu gün sülhlə bağlı praktiki addımlar ata bilməməsi kontekstində regionda Azərbaycanla Ermənistan arasındakı sülh məsələsi sanki dalana dirənmiş bir vəziyyətdə qalıb:

“Eyni zamanda təbii ki, Nikol Paşinyan hakimiyyətinə daxildən və xaricdən Azərbaycanla sülhlə bağlı təzyiqlər var. Ancaq mən hesab edirəm ki, bu, Ermənistan üçün bəhanə ola bilməz. Bütövlükdə Ermənistan hakimiyyəti özü sülhpərvər mövqe tuta bilmir, sülh missiyasını yerinə yetirəcək bir potensiala malik deyil. Həm də Ermənistan sülh məsələsini yubatmaqla növbəti dəfə müstəqil bir siyasi güc ola bilmədiyini və proseslərdə rolunun nə qədər zəif olduğunu nümayiş etdirmiş olur. Ancaq istənilən halda hərkəsə bəllidir ki, bu gün Ermənistanın bir dövlət olaraq xilası və eyni zamanda, normal bir vəziyyətə gəlib çatmağı birmənalı şəkildə Azərbaycanla sülhdən və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan aslıdır. Bunlar olmayacağı təqdirdə Ermənistanın normal ləyaqətli bir dövlət kimi özünü təsdiq etməsi çox çətin olacaq”.

//Gülnarə Abasova, Editor.az