Sülh Ermənistanın blokadadan çıxmağının və inkişafının yeganə yoludur- Millət vəkilibackend

Sülh Ermənistanın blokadadan çıxmağının və inkişafının yeganə yoludur- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq hər iki dövlət sülh prosesinə hazır olmalıdır. Lakin Ermənistandakı terrorçu, revanşist qüvvələr tərksilah olunduqdan sonra sülh barədə danışmaq mümkündür”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O, bildirib ki, bütün region və qonşu dövlətlər sülh prosesinə maraqlı olmalıdırlar:

“Ermənistan bu prosesdə dəstəkləyici qüvvələrə ehtiyac duysa da, bu, hər iki dövlətin öz istəyi ilə icra olunması vacib olan qərardır. Nəinki region dövlətləri, hətta dünya ölkələri sülhə maraq göstərməli, sabitliyi qorumaq üçün də əlindən gələni etməlidir. Sülh Ermənistanın blokadadan çıxmağının və inkişafının yeganə yoludur. Sülh ermənilərin Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, öz xalqını və dövlətini inkişafa aparan yol olacaq. Düzdür, hazırda Ermənistanda revanşist qüvvələr var və onlar sərhəddə toqquşmalar, gərginlik yaratmağa çalışırlar. Bunun qarşısı dövlət səviyyəsində alınmalıdır ki, münasibətlər yaxşılaşdırılsın, inkişaf və siyasi-sosial sabitlik əldə olunsun”.

//Gülnarə Abasova, Editor.az