Sülh Ermənistanın əl-qolunu açacaq: “Qərb isə hesab edir ki…”- ŞƏRHbackend

Sülh Ermənistanın əl-qolunu açacaq: “Qərb isə hesab edir ki…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin sülh çağırışlarının səmimiliyi doğrudur. Qərb Azərbaycan və Ermənistan arasında sülhdə maraqlıdır. Təbii ki, müəyyən dairələr bu sülhün olmaması üçün fəaliyyət yürütsələr də rəsmi məqamlar sülhün baş tutmasını istəyir. Məsələ ondadır ki, bu prosesin əleyhinə kimsə əks fikir bildirmir. Rusiya daxil olmaqla, hamı sülhdən danışır. Bu dövlətlərin öz istəklərində nə qədər səmimi olmasına da fərqli yanaşılır, amma bir həqiqət vardır ki, bu, bütün istəklərin başında dayanır. Bu da Azərbaycanın həqiqətləridir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, dünya birliyi Azərbaycanın həqiqətlərini qəbul etməyə məcburdur:

“Çünki bu həqiqətlər reallığa əsaslanır. Başlıca həqiqət isə Azərbaycanın qalib ölkə statusunun hər kəs tərəfindən qəbul edilməsidir. Münaqişə Azərbaycanın diktəsi ilə başa çatıb və dünya birliyi də bunu qəbul edib. İndi bu şərait sülh müqaviləsinin də şərtlərində öz əksini tapmalıdır. Qərb isə bunu bərabərhüquqlu şəraitdə həll etməyə çalışır və Ermənistanın etdiklərinə görə cəzasız qalmasına çalışır. Sülh Ermənistanın əl-qolunu açacaq. Qərb də hesab edir ki, bundan sonra Ermənistan tədricən Qərbə inteqrasiya edə biləcək. Hesab edirəm ki, Qərb də qəbul etməlidir ki, hər iki ölkənin rəhbərinə Nobel sülh mükafatı vermək olar, amma bu tarixi reallıqları dəyişdirməz. Tarixi reallıq isə Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistanın ilk növbədə xəstə təfəkkürlü iddialarından əl çəkməsini təmin etmək, eyni zamanda, Azərbaycanın sülh üçün təklif etdiyi şərtləri qəbul etməsidir”.

//Gülnarə Abasova, Editor.az