“Sülh formulu” üzrə birinci və ikinci sammit arasında Rusiya ilə danışıqlar aparıla bilər – Dmitri Kulebabackend

“Sülh formulu” üzrə birinci və ikinci sammit arasında Rusiya ilə danışıqlar aparıla bilər – Dmitri Kuleba

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volodimir Zelenskinin səsləndirdiyi “sülh formulu” üzrə birinci və ikinci sammit görüşləri arasında Rusiya ilə danışıqlar aparıla bilər. Bu il “sülh formulu” sammitinə İsveçrə ev sahibliyi etməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bu fikri Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib. Hindistanın NDTV telekanalına müsahibəsində Kuleba “sülh formulu”nu hər bir ölkənin işləməyə razı olduğu müəyyən maddələr seçə biləcəyi menyu ilə müqayisə edib.

Onun sözlərinə görə, bu, Kiyevə daha çox ölkəni prosesə cəlb etməyə imkan verir: “Sonra birinci və ikinci sammitlər arasındakı intervalda Rusiya ilə ünsiyyət iştirakçıların razılaşdırdıqları qaydalara uyğun olaraq (zirvə görüşündə) baş tuta bilər. Və biz əmin olacağıq ki, Rusiyanın sammitə və sülh prosesinə ə müdaxilə etmək şansı olmasın”, – nazir qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin mayında Ukrayna Rusiya ilə sülh danışıqlarını dayandırıb. Həmin ilin oktyabrında ölkə prezidenti Zelenski Vladimir Putin prezident olduğu müddətdə Rusiya prezidenti ilə gələcək danışıqların mümkünlüyünü istisna edən fərman imzaladı. Putin də əmindir ki, Moskva və Kiyev “gec-tez razılığa gələ biləcəklər”.

//Samir Qurbanov, Editor.az