Sülh gündəliyi: “Azərbaycan və Ermənistanın vasitəçilərsiz bir masa arxasında toplaşması…”- Millət vəkilindən ŞƏRHbackend

Sülh gündəliyi: “Azərbaycan və Ermənistanın vasitəçilərsiz bir masa arxasında toplaşması…”- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi strategiya bir daha sübut edir ki, milli maraqlara əsaslanan daxili və xarici siyasət yalnız ölkədaxili sabitliyi deyil, həm də regional güc balansını müəyyən edir. Bu sinxronluq, istər müharibə, istərsə də sülh dövründə Azərbaycanın iradəli və qərarlı mövqeyini təmin edib. Dövlətin monolit duruşu, cəmiyyətin həmrəyliyi və diplomatik müstəqilliyi – Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratmaq gücünü və bu reallıqları qorumaq qabiliyyətini aydın şəkildə ortaya qoyur.

Milli Məclisin deputatı Könül Nurullayeva Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanın daxili və xarici siyasətinin mərkəzində milli maraqlar dayanır:

 

“Bu iki istiqamət bir-birini tamamlayaraq sinxron şəkildə həyata keçirilir. Məhz bu vəhdət sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal antiterror əməliyyatı zamanı qeyd-şərtsiz və parlaq qələbələr əldə etdi. Ali Baş Komandanın siyasi iradəsi, ordunun peşəkar rəhbərliyi və xalqın vahidliyi – bütün bu amillər zəfərin əsasını təşkil etdi.

Azərbaycan təcrübəsi göstərir ki, uğurlu daxili və xarici siyasət yalnız təhlükəsizlik və sabitliyin təminatçısı deyil, həm də ictimai şüurun formalaşmasında və dövlətin strateji dayanıqlılığında mühüm rol oynayır”.

Millət vəkili onu da bildirib ki, sülh gündəliyi prosesinin əsas prinsipləri və təməl sənədləri məhz Bakıda hazırlanıb:

“Qalib tərəf kimi Azərbaycan, 44 günlük müharibədən sonra regionda sülh və sabitliyin təmin olunması üçün bir sıra önəmli addımlar atıb. Cənubi Qafqaz artıq Azərbaycanın yaratdığı yeni reallıqlar əsasında hərəkət edir. Ən önəmlisi isə budur ki, Bakı rəsmi olaraq bəyan edir: sülh prosesində üçüncü və ya dördüncü tərəflərin iştirakı zəruri deyil. Çünki bu cür müdaxilələr ya prosesi gecikdirir, ya da eskalasiya riski yaradır.

Azərbaycan və Ermənistanın vasitəçilərsiz bir masa arxasında toplaşması, regional müstəqillik və siyasi iradənin göstəricisidir. Əbu-Dabi görüşü də bu baxımdan xüsusi əhəmiyyət daşıyır – o, tərəflərin ortaq məxrəcə gəlmək imkanlarını artırmaqla yanaşı, uzunmüddətli sülhün mümkünlüyünü də real zəmində test edir”.

//Gülnarə Abasova, Editor.az