“Sülh müqaviləsi imzalanmadığına görə yenidən müharibənin başlaması istisna deyil”-Millət vəkilibackend

“Sülh müqaviləsi imzalanmadığına görə yenidən müharibənin başlaması istisna deyil”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadığına görə yenidən müharibənin baş verməsi istisna deyil. Azərbaycan 3 il  əvvəl 44 günlük Vətən müharibəsi başa çatanda Ermənistana köhnə düşmənçilik səhifəsini bağlamağı və münasibətlərin normallaşdırılması üçün yeni səhifədən başlamağı təklif etmişdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, postmüharibə dövründə iki ölkə arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin bağlanması ilə bağlı müxtəlif platformalarda danışıqlar aparılmış, çox ümidverici nəticələr əldə olunmuşdu:

“Lakin son bir ayda Ermənistanın Azərbaycana qarşı təxribatları genişləndirməsi və Laçın yolunun bağlanması ilə bağlı saxta humanitar şou yaradaraq dünya ictimaiyyətinin diqqətini Qarabağdakı separatçılara cəlb etməyə çalışması bu toplumun öz çirkin niyyətlərindən əl çəkmədiyini göstərir. Əgər yenidən hərbi eskalasiya baş verərsə, Azərbaycanın Müzəffər Ordusunun verəcəyi cavab daha ağır olacaq. Ona görə də Azərbaycanın artan gücünü nəzərə alaraq Ermənistan ona dayaq verənlərin arxasıyca getməməli və sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın təşəbbüslərinə cavab verməlidir”.

//Gülnarə Abasova, Editor.az