“Sülh müqaviləsi Gürcüstanda imzalana bilər”-Ermənistan razılıq verəcək?-AÇIQLAMAbackend

“Sülh müqaviləsi Gürcüstanda imzalana bilər”-Ermənistan razılıq verəcək?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün qarşıda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Prezident İlham Əliyevin MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin müşavirəsində “Gürcüstanda sülh müqaviləsi imzalamaqla biz sülh müqaviləsinin harada imzalanması və onun qarantının kimin ola biləcəyi ilə bağlı lazımsız mübahisələrdən qaçacağıq”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması məsələsi birbaşa Ermənistan və Azərbaycan arasında baş tutmalıdır:

“Doğrudur, ciddi cəhdlə Avropa, ABŞ, Rusiya və digər müstəvilərdə məsələnin həllinə çalışırlar. Lakin Gürcüstan variantı da istisna olunmur. Bu variantda Cənubi Qafqaz əsas istiqamətdir. Burada həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanın ümumi maraqları var”.

Deputatın fikrincə, Gürcüstan-Ermənistan, Gürcüstan-Azərbaycan münasibətləri normal inkişaf edir:”Bir iştirakçı kimi rəsmi Tbilisi iki tərəf arasında müəyyən vasitəçilik missiyasını həyata keçirə  bilər. Sərhədlərimizdən 1000 km uzaqlıqda olan dövlətlərin həmin məsələyə qarışması və havadarlıq etməsi qeyri-mümkündür. Gürcüstan heç bir tərəfə havadarlıq etmək məqsədi güdmür. Sadəcə sülhün bərqərar olması üçün addımlar atmağa çalışır”.

//Safura Bənnayeva, Editor.az