“Azərbaycanla Ermənistan arasında hərhansı bir sülh müqaviləsinin bağlanması istiqamətində heç bir danışıqlar aparılmır. Hazırda davam edən proseslər bunu qeyd etməyə əsas var. Çünki Ermənistan tərəfi buna hazır deyil. Bununda əsas səbəbi Rusiyanın Ermənistana təzyiq siyasəti və 10 noyabr razılaşmasının bir neçə bəndinin yerinə yetirilməməsidir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinnin detalları onda müzakirə edilə bilər ki, Türkiyə -Ermənistan sərhədləri açılır və Kremlin Yerevana təzyiqləri neytrallaşır:
“Belə olmadığı halda Azərbaycan və Ermənistan arasında arasında hərhansı bir sülh müzakirələrindən danışmaq tezdir. Ermənistan tərəfi status məsələsi deyib durub, həmçinin Azərbaycan ərazisində etnik ermənilərin yaşadığı ərazilərdə Rusiyanın yardımı ilə müəyyən layihələr həyata keçirməyə cəhd edir. Silahlı erməni birləşmələri Azərbaycan ərazisinin bir hissəsində qalmaqdadır. Əgər, Ermənistan tərəfi hazrkı siyasətdə dönüş yarada bilmirsə, Rusiyadan çəkinirsə, Azərbaycan özü hərəkətə keçə bilər. Məhz Qafan-Gorus yolunun bağlanması buna sübutdur. Əgər, silahlı erməni birləşməşmələri Azərbaycan ərazisini tərk etməsə, anti-terror əməliyyatları qaçılmaz olacaq. Türkiyə Azərbaycan arasında hərbitəlimlər buna əsaslanır. Moskvada Qarabağda baş verənlərin onun mövqelərinə mənfi təsir etdiyinin fərqindədir”.
Siyasi analitik qeyd edib ki, Ermənistan və Azərbaycan arasında elə bir ciddi probelmelər var ki, bu problemi üç ay ərzində sülh danışıqları ilə həll etmək olmayacaq və buna Yerevanda hazır deyil:
“Ermənistan və Azərbaycan arasında 10 noyabr və 11 yanvar razılaşmaları ilk növbədə reallaşmalıdır ki, sülh müzakirələrdən söhbə gedə bilsin. Hazırkı prosesi yerindən tərpətmək üçün Moskvada N. Paşinyan və prezident İlham Əliyev V.Putinin vasitəçliyi ilə bir araya gələ bilər. Moskvanın da Azərbaycandan tələbi budur ki, Ermənistanla sülh istəyirsənsə türkiyə ilə məsafə saxlamalısan. Amma, Azərbaycan nəinki məsafə, hətta Türkiyə ilə bütün sahələrdə inteqrasiyanı dərinləşdirir”.
//Gülnarə Abasova, Editor.az

